Stend atıcılarımız beynəlxalq yarışda bürünc medal qazandılar - Fotolar

stend-aticilarimiz-beynelxalq-yarisda-burunc-medal-qazandilar
Oxunma sayı: 1016

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran Pri yarışında komandamız ilk uğurunu əldə edib.

"Qafqazinfo" xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.

Qeyd edək ki, Konya 2022 Qran Prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.