Sudanda atəşkəs daha 72 saat uzadıldı

sudanda-ateskes-daha-72-saat-uzadildi
Oxunma sayı: 1238

Sudan ordusu atəşkəsin daha 72 saat uzadılmasına razılıq verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin öz vətəndaşlarını Sudandan təxliyə etməyə davam edəcəyi gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq böhranı və miqrasiya xəbərdarlığı etdiyi ölkədə ötən gün tərəflər atəşkəslə razılaşmışdılar. Lakin atəşkəsə baxmayaraq paytaxt Xartumda zaman-zaman qarşıdurmaların yaşandığı iddia edilir. 72 saatlıq dövrün bitməsinə az qalmış ölkələr görüşərək bir-birinin ardınca görüşlər keçiribər. Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin razılığa gələrək atəşkəsin daha 72 saat uzadılmasına razılaşdıqları açıqlanıb.

Qeyd edək ki, aprelin 15-dən Sudan ordusu ilə ölkənin xüsusi təyinatlı qüvvələri arasında toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində 500-dən çox insan həyatını itirib, ən azı 4000 nəfər yaralanıb.