Sudanda çevriliş edən Auf da istefa verdi

sudanda-cevrilis-eden-auf-da-istefa-verdi
Oxunma sayı: 3648

Sudanda siyasi gərginlik davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri devirən müdafiə naziri Avad ibn Auf da hakimiyyətdən əl çəkib.

Auf və müavini Kamal Abd əl-Maaruf hakimiyyəti ələ alan Hərbi Şuranın rəhbərliyindən istefa verib. O, istefanın səbəbini etimadsızlıqla əlaqələndirib.

Aufun yerinə Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib.