Sudanda Türkiyə təyyarəsi atəşə tutuldu - Yenilənib

sudanda-turkiye-teyyaresi-atese-tutuldu
Oxunma sayı: 2897

Sudanda Türkiyə vətəndaşlarını təxliyə edən təyyarəyə atəş açılıb. 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, təyyarə “Wadi Seyidna” hərbi hava limanına enərkən xüsusi təyinatlı qüvvələr tərəfindən atəşə tutulub.

Hadisə nəticəsində bir ekipaj üzvü yaralanıb.

***

Türkiyə Milli Müdafiə Nazirliyi Sudanda baş verən insidentlə bağlı məlumat yayıb:

““C-130” təxliyə təyyarəmizə yüngül silahla atəş açılıb. Təyyarəmiz təhlükəsiz şəkildə eniş edib. Personal arasında yaralanan yoxdur və təyyarə ilə bağlı lazımi yoxlanışlar aparılır”.