Sükan arxasında öldü, maşını işıqfora çırpıldı - Foto

sukan-arxasinda-oldu-masini-isiqfora-cirpildi
Oxunma sayı: 6575

Bu gün Gəncədə avtomobil idarə edən şəxs sükan arxasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Nizami prospektində qeydə alınan hadisədə 1960-cı il təvəllüdlü İlqar Yusibovun idarə etdiyi “Hyundai” markalı maşın işıqfora çırpılıb.

Araşdırma zamanı məlum olub ki, hadisə sürücünün sükan arxasında infarkt keçirməsi nəticəsində baş verib. 63 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili tibbi yardım əməkdaşları və yol polisi cəlb olunub.

Həmçinin oxuyun: При поддержке Kapital Bank проходит выставка “Гейдар Алиев и азербайджанское предпринимательство”