Süleyman Mikayılov ağacəkmə aksiyasında - Fotolar

suleyman-mikayilov-agacekme-aksiyasinda
Oxunma sayı: 1130

Oktyabrın 18-də “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 17-ci km-də və rayonun digər ərazilərində ümumilikdə 2200 həmişəyaşıl ağac əkilib.