“Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanlar yaranıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü zamanı deyib.
Görüşdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulanıb.