Sumqayıt Dəmir Yolu Vağzalındakı yanğın söndürüldü - Video + Yenilənib

sumqayit-demir-yolu-vagzalindaki-yangin-sonduruldu
Oxunma sayı: 6020

Sumqayıt Dəmir Yolu Vağzalında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisənin nədən qaynaqlandığı hələ ki bilinmir.

***
Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində qatarların qrafik üzrə hərəkətində heç bir problem yaranmayıb.