“Sumqayıt” “Zirə”ni qəbul edəcək

sumqayit-zireni-qebul-edecek
Oxunma sayı: 1462

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.

19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.