Sumqayıtda ata qızını naqillə boğub öldürdü

sumqayitda-ata-qizini-naqille-bogub-oldurdu
Oxunma sayı: 5458

Sumqayıtda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin “Tuq zavod” yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qətlə yetirilən Z.Cəfərova evli olub, 3 uşaq anasıdır. Atası, 1961-ci il təvəllüdlü Salam Cəfərov qısqanclıq zəminində onu öldürüb.

Xəbəri rus dilində oxuyun: Массовая драка школьников в Баку - Видео

Помощника Рамиза Мехтиева задержал “Бандотдел” - Официально

Ровнага Абдуллаева представили коллективу