Sumqayıtdakı yanğında xəsarət alan var

sumqayitdaki-yanginda-xesaret-alan-var
Oxunma sayı: 868

Sumqayıt şəhərində beşmərtəbəli binada yanğın olub. 

“Qafqazinfo” xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb. 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.