Sunak İranı təmkinli olmağa çağırdı

sunak-irani-temkinli-olmaga-cagirdi
Oxunma sayı: 1838

Böyük Britaniyanın Baş naziri Rişi Sunak parlamentdə çıxışı zamanı İranın İsrailə raket hücumundan danışıb və hər iki ölkəni təmkinli olmağa çağırıb.

“Qafazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sunak təhlükəsizlik və sabitliyin önəmindən bəhs edib, Britaniyanın İsrailin yanında olduğunu bildirib. O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da əlavə edib.