Paytaxtımızda keçirilən Beynəlxalq Xalça Festivalının ab-havasına məktəblilər də qoşulub.
“Qafqazinfo” xəbər verir ki, Suraxanıda yerləşən 87 saylı məktəbin müəllim və şagird heyəti İçərişəhərdəki “Ədibin Evi”ndə təşkil edilən “Azərbaycan rəngləri” seminarında iştirak edib.
“Balakhani Operating Company LTD”nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilərlə “Ədibin Evi”ndə azərbaycançılıq ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşləri nəzərdə tutur.
Şagirdlər görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın Bakıda ilk ünvanı olan “Ədibin Evi”ndə muzey güşəsi ilə tanış olublar. Bu ünvanda yazılan “Bir Gəncin Manifesti” romanında xalçanın milli kimlik atributu kimi təsvirini müzakirə ediblər.
Daha sonra onlar “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın təqdimatında Azərbaycan xalçaçılıq sənətində istifadə edilən bir-sıra naxışlar və onların mənası barədə öyrəniblər.
Məktəblilər kətan üzərində naxışı bəzəməklə öz kimlik rənglərini seçib xalça irsimizlə bağlı yaradıcı çalışmada iştirak ediblər.





Son xəbərlər
Son Xəbərlər