Suraxanıda daha bir küçə asfaltlandı - Fotolar

suraxanida-daha-bir-kuce-asfaltlandi
Oxunma sayı: 1796

Suraxanı rayonunun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, hazırda Suraxanı rayonunda növbəti təmir işi Hövsan qəsəbəsində Oktay Şabanov küçəsində aparılır. Sözügedən küçədə 6860 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

Həmçinin oxuyun: Он мечтал стать шехидом ... - Видео