Suraxanı rayonunda da yollarda aparılan quruculuq işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində döngələrdə məhəllədaxili yolların torpaq və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 11-də uzunluğu 600 m olan yolda 3600 kv.m asfalt örtüyü salınır.Yolun əsaslı şəkildə yenidən qurulması sakinlərin gediş - gəlişini xeyli rahatlaşdıracaq, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.





Son xəbərlər
Son Xəbərlər