Suriya ordusu “Cəbhat ən-Nüsra”ya qarşı əməliyyata başlayıb

suriya-ordusu-cebhat-en-nusraya-qarsi-emeliyyata-baslayib
Oxunma sayı: 869

Suriya hökumət qoşunları İdlib əyalətində “Cəbhat ən-Nüsra” terror qruplaşmasına qarşı  əməliyyata başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, terrorçuların sayı 1500-dən çoxdur. Onların sərəncamında tanklar, piyada döyüş maşınları, minaatanlar var.

Qeyd edək ki, İdlibdə irimiqyaslı əməliyyatlar yanvarın əvvəlindən başlayıb.