Suriyada toy mərasiminə hücum - 1 nəfərin ayağı qopdu

suriyada-toy-merasimine-hucum
Oxunma sayı: 254

Suriyanın Dəra əyalətində yerləşən kəndlərdən birində baş tutan toy mərasiminə naməlum şəxslər əl qumbarası ilə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, hücum nəticəsində 5-i uşaq olmaqla 17 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların əksəriyyətinin vəziyyəti yüngül olsa da, partlayış nəticəsində bir nəfərin ayağının qopduğu qeyd edilib.