Suriyada zəlzələdən sonra 20 İŞİD üzvü həbsxanadan qaçıb

suriyada-zelzeleden-sonra-20-isid-uzvu-hebsxanadan-qacib
Oxunma sayı: 1510

Suriyada zəlzələdən sonra həbsxanadan 20 məhbus qaçıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, məhbusların İŞİD terror təşkilatının üzvləri olması istisna edilmir.

Məlumata görə, məhbuslar Türkiyə ilə sərhəddə yerləşən Raco şəhərinin yaxınlığında həbsxanada saxlanılıblar. Zəlzələ nəticəsində həbsxananın binası zədələnib. Vəziyyətdən istifadə edən məhbuslar qiyam edib və binanın bir hissəsini ələ keçiriblər.

Ümumilikdə həbsxanada təqribən 2 min məhbus olub. Onlardan 1300 nəfərin İŞİD üzvü ola biləcəyi deyilir.

Xatırladaq ki, yanvarın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub. Son məlumata görə, ölkədə həlak olanların sayı 1444 nəfərə çatıb.