Bakıda sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçıran sürücü ilə bağlı məhkəmə işi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Murad Mikayılov 2 il müddətində nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılıb. Həmçinin o, 700 manat cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
Son xəbərlər
Son Xəbərlər