Sürücülərin nəzərinə!

suruculerin-nezerine
Oxunma sayı: 2374

Bu gün bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Xidməti məlumat yayıb.

Bildirilir ki, aprelin 1-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.