Sürücülük vəsiqəsi almaq üçün rüsum artırılır

suruculuk-vesiqesi-almaq-ucun-rusum-artirilir
Oxunma sayı: 14186

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.

"Qafqazinfo" "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.