“Survivor All Star 2024” yarışmasının ikinci iştirakçısı bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu, Nagihan Karaderedir.
Bu barədə layihə rəhbəri Acun Ilıcalı instaqramda bildirib.
“SMS yoxdur, meydan sənindir. Baxaq, görək”, - o, paylaşımında yazıb.
Bu, N. Karaderenin sözügedən yarışmada sayca 4-cü iştirakıdır. O, qalmaqallı iştirakçı kimi tanınır.
Xatırladaq ki, daha əvvəl “Survivor All Star 2024” yarışmasının birinci iştirakçısı bəlli olmuşdu. Bu, 2012-ci ildə yarışmanın qalibi olmuş Nihat Altınkayadır.


Son xəbərlər
Son Xəbərlər