Sosial şəbəkələrdə Şuşa həbsxanasından görüntülər paylaşılaraq oranın sökülməsi iddia edilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Şuşa həbsxanasının sökülməsi ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir.