Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı

susada-seysmik-stansiyanin-qurasdirilmasina-baslanildi
Oxunma sayı: 2001

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb: “Quyu 100 metr dərinlikdə olacaq. Şuşa şəhəri yaxınlığında quraşdırılan quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir”.