Şuşanın girişinə qoyulan tank götürüldü - Foto

susanin-girisine-qoyulan-tank-goturuldu
Oxunma sayı: 14558

1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “​qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial media hesablarında yayılıb.

Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.