“Şuşaya girəndə vicdanımın rahatlıq içində olduğunu hiss etdim” - Hikmət Mirzəyev

susaya-girende-vicdanimin-rahatliq-icinde-oldugunu-hiss-etdim
Oxunma sayı: 10647

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

“Qafqazinfo” xəbər verir ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Həmçinin oxuyun: Cavanşir Feyziyev ailəsinin həbs qoyulan 20 milyonluq mülklərindən danışdı

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə yer alıb.

“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”, - o duyğularını dilə gətirib.