Sxadadze hakimləri təhqir etdi, cəza alacaq - Video

sxadadze-hakimleri-tehqir-etdi-ceza-alacaq
Oxunma sayı: 506

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”a qarşı keçirilən matçda hakimi təhqir edib.

“Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, o, qarşılaşmanın 41-ci dəqiqəsində Əli Əliyevə qarşı qərarına görə ağır ifadələr işlədib.

Həmin epizodda top “Qəbələ”nin futbolçusuna dəymədən qapı xəttini keçir. Lakin hakim künc zərbəsinə işarə verir. Bu qərar isə gürcü mütəxəssisi özündən çıxarır. Sxadadze hakimin qərarına etiraz olaraq onu təhqir edir.

Həmin anlar matçı yayımlayan “CBC Sport”un kameralarına düşüb. Br müddət öncə “Neftçi”nin baş məşqçisi Samir Abasovu hakimləri təhqir etdiyi əks olunan videogörüntülərə görə cəzalandıran komitənin Sxadadzeni də 4 matçlıq diskvalifikasiya edəcəyi ehtimal olunur.