Tacikistan DİN onların Moskvada olmadığını açıqladı - Yenilənib - Fotolar

tacikistan-din-onlarin-moskvada-olmadigini-aciqladi
Oxunma sayı: 11387

Moskvada “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən 6 nəfərdən 4-nün kimliyi  məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bunlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.

Onların hamısının Tacikistan vətəndaşı olduğu bildirilir. Həmçinin 2 terrorçunun saxlanıldığı açıqlanıb. Lakin onlardan hansının saxlanıldığı məlum deyil.

***

Tacikistanın Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Moskvada törədilən terror aktı ilə əlaqəli olduğuna dair məlumatı təkzib edib: “Tacikistan tərəfi Rusiya hakimiyyəti tərəfindən Tacikistan vətəndaşlarının terror aktı ilə əlaqəli olması ilə bağlı hazırda yayılan yalan məlumata dair təsdiq almayıb. Bununla əlaqədar olaraq Rusiyanın dövlət orqanları tərəfindən yayılan rəsmi məlumatlara əsaslanmağınızı xahiş edirik”.

Qeyd edək ki, son məlumata görə, “Crocus City Hall”dakı terrorda 82 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.

***

“Baza” teleqram kanalı axtarışa verilən Rüstəm Nəzərovun hadisənin baş verdiyi gün yaxınlarının yanında olması və terrorla əlaqəsinin olmaması barədə məlumat yayıb. Onun həmin gün Samarada evdə olduğu bildirilib.

Səhər axtarılanlar arasında fotosunu görən 29 yaşlı Nəzərov polis idarəsinə gedərək ifadə verib. Ehtimal olunur ki, onun dünənki terror hadisəsi ilə əlaqələndirilməsinə səbəb terrorçuların istifadə etdikləri “Reno” markalı avtomobilin daha əvvəl ona məxsus olmasıdır. Lakin qonşuları R. Nəzərovun həmin avtomobili 2 il əvvəl satdığını bildiriblər.

Həmçinin fotosu axtarışa verilən daha 2 nəfərlə bağlı Tacikistan Daxili İşlər Nazirliyi məlumat yayıb və hazırda onların ölkədə olduğunu açıqlayıb. Bunlar İsmonov Rivojiddin və Nəsridinov Məhmədrəsuldur. 

“Onlar 2023-cü il noyabrın 26-da Rusiyadan Tacikistana gəliblər və yaşayış yerindədirlər”, - məlumatda qeyd olunub.