Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tacikistan XİN yayıb.
Nazirlik ötən gün Moskva vilayətində məktəbdə baş verən hücumu pisləyib və səfir Qriqoryevə hadisənin araşdırılması tələbi ilə nota təqdim edib.
Xatırladaq ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo şəhərində Timofey adlı 9-cu sinif şagirdi bıçaqla ətrafdakılara hücum edib. Hadisə zamanı 4-cü sinif şagirdi, Tacikistan əsilli Kobilcon Aliyev həlak olub, daha iki şagird və mühafizəçi isə yaralanıb. Timofeyin riyaziyyat müəllimini qətlə yetirmək niyyətilə məktəbə getdiyi iddia olunub.
Son xəbərlər
Son Xəbərlər