Rusiyada məktəbli şagirdlərə bıçaqla hücum edib - 1 ölü, 3 yaralı - Yenilənib

rusiyada-mektebli-sagirdlere-bicaqla-hucum-edib
Oxunma sayı: 791

Rusiyanın Moskva vilayətində məktəbli bıçaqla ətrafdakılara hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Shot” teleqram kanalı yayıb.

Bildirilib ki, hadisə Odintsovo şəhərində yerləşən məktəbdə qeydə alınıb.

Hadisə zamanı bir məktəbli həlak olub, daha iki şagird və mühafizəçi isə yaralanıb. 

Hücum edən məktəblinin saxlanıldığı qeyd olunub. 

İnsidentlə bağlı araşdırma aparılır. 

***

Hadisənin detalları məlum olub.

TASS-ın məlumatına görə, hadisəni Timofey adlı 9-cu sinif şagirdi törədib.

Həlak olan məktəbli isə dördüncü sinif şagirdi olub.