Tahir İmanovun toyudur

tahir-imanovun-toyudur
Oxunma sayı: 10200

Azərbaycanın əməkdar artisti, aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, rejissor Tahir İmanovun sabah toy mərasimi baş tutacaq.

“Qafqazinfo”nun Baku.Ws-ə istinadən məlumatına görə, mərasim sabah "JW Marriott Absheron" hotelində keçiriləcək. Toy mərasiminin mətbuata qapalı keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Tahir İmanov 13 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir. Subaydır, indiyə kimi heç bir nikahı olmayıb.