Taksi sürücüsü aktrisaya qarşı seksual hərəkətlər edib

taksi-surucusu-aktrisaya-qarsi-seksual-hereketler-edib
Oxunma sayı: 5548

Bakıda gənc aktrisanın taksi sürücüsü tərəfindən seksual qısnamaya məruz qalması barədə iddiaları üzrə araşdırma başlayıb.

Aktrisa Lalə Süleymanova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə dünən axşam saat 19:47 radələrində Nərimanov rayonu ərazisində baş verib:

“Bolt” şirkətinin Əli adlı sürücüsü tərəfindən təcavüzə məruz qaldım. Sürücü dəfələrlə arxaya dönərək ayağıma baxıb cinsi orqanına toxunurdu. Telefonuna göndərilən açıq-saçıq qadın fotolarını mənə tərəf göstərərək baxırdı. Həmin qadınlara isə səsli mesaj göndərib onun bədəni ilə bağlı replikalar deyirdi. Mən ictimai nəqliyyatda bunları eşitməyə məcbur deyiləm.

Həmin vaxt qorxumdan pəncərəni tam açmışdım ki, nəsə olsa çığırım. Orada narahatlığımı dilə gətirməyə qorxurdum, çünki manyakın birinin maşını hara sürəcəyini bilmirdim. Utanmadan sanki başqa yerə baxırmış kimi əyilib ayaqlarımın arasına baxmağa çalışırdı”.

L.Süleymanova bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciətindən sonra bu gün araşdırma başlayıb: “17-ci Polis Bölməsinin əməkdaşları dəvət ediblər, indi ərizə yazmağa gedirəm”.

Aktrisa qeyd edib ki, dünəndən “Bolt” şirkətinə dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib və reaksiya da verilməyib: “Şəxsi tanışlarım vasitəsilə əlaqə saxladıq və mənə deyilənə görə onun hesablarına məhdudiyyət qoyulub. Valideynim sürücü ilə telefonla danışdı, dünən çox qorxurdu, deyirdi, elə şey etməmişəm, sonra da zəng edib üzr istəyib”.

Murad Əhməd