Tale Heydərovdan “Neftçi” – “Xəzər Lənkəran” davası ilə bağlı - Sərt mesaj

tale-heyderovdan-neftci-xezer-lenkeran-davasi-ile-bagli-sert-mesaj
Oxunma sayı: 689

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ” klubunun prezidenti Tale Heydərov mayın 28-də Azərbaycan kubokunun final qarşılaşmasından sonra baş verən əlbəyaxa davaya münasibət bildirib.

“Qafqazinfo” apasport-a istinadən xəbər verir ki, Tale Heydərov həmin hadisələrlə bağlı futbol ictimaiyyətinə mesaj da göndərib:

“Oyunu televizor vasitəsilə canlı izləyirdim. Ona görə də orda nə baş verdiyini anlaya bilmədim. Yalnız sonradan bu haldan mətbuatdan xəbət tutdum. Çox mənfi haldır. Azərbaycanlılar üçün bayram olan gündə, həmrəy olmalı olduğumuz bir gündə belə olayların baş verməsi xoşagəlməzdir. Məncə, buna dair tədbirlər görülməlidir. Futbol ictimaiyyətinə mesajım budur ki, klublardan asılı olmayaraq, hamımız azərbaycanlıyıq, belə hallar baş verməməlidir”.