“Taliban” Əfqanıstan-Tacikistan sərhədinin 80%-nə nəzarəti ələ keçirib

taliban-efqanistan-tacikistan-serhedinin-80-ne-nezareti-ele-kecirib
Oxunma sayı: 1017

““Taliban” hərəkatı Əfqanıstan və Tacikistan arasında sərhədin 80%-nə nəzarət edir”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bir mənbə verib.

O bildirib ki, “Taliban” döyüşçülərinin Tacikistan və Əfqanıstan arasında sərhədə tam nəzarəti həyata keçirməkləri ilə bağlı xəbər həqiqətə uyğun deyil.

Qeyd edək ki, hazırda Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” döyüşçüləri arasında qarşıdurma gedir. “Taliban” döyüşçüləri kənd bölgələrində çox sayda əraziyə nəzarəti ələ keçirib. ABŞ hərbi qoşunlarının Əfqanıstanı tərk etməsi bu qarşıdurmanın daha da alovlanmasına səbəb olur.