Türkiyəli aktyor Hakan Balamir vəfat edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən 71 yaşlı aktyor İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Bu gün vəziyyəti ağırlaşan aktyor reanimasiyaya köçürülmüşdü. Həkimlərin cəhdlərinə baxmayaraq H.Balamirin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onlarla filmdə rol alan Hakan Balamir 1980-ci illərdə iki dəfə ən yaxşı aktyor seçilib.
Son xəbərlər
Son Xəbərlər