Tanınmış aktyorun vəziyyəti yenidən pisləşdi

taninmis-aktyorun-veziyyeti-yeniden-pislesdi
Oxunma sayı: 963

Qaraciyər çatışmazlığından müalicə alan məşhur türkiyəli aktyor Ufuk Özkanın səhhəti yenidən pisləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun qardaşı Umut Özkan deyib.

O, jurnalistlərə açıqlamasında qardaşının vəziyyətinin kritik olduğunu bildirib:

“Təəssüf ki, qardaşımın vəziyyəti çox ağırdır. Həkimlərimiz uyğun donor tapılana qədər onun xəstəxanadan çıxmasına qətiyyən icazə vermirlər”.

Qeyd edək ki, U. Özkan daha çox “Geniş Aile”, “Zengin Kız Fakir Oğlan” kimi məşhur serialların aktyoru, “Ben Bilmem Eşim Bilir” kimi tanınmış televizya proqramının aparıcısı olaraq tanınır.