Tanınmış alim vəfat etdi

taninmis-alim-vefat-etdi
Oxunma sayı: 4820

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA-nın saytında məlumat yayılıb.

Bildirilib ki, o, 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalənin və 3 ixtiranın müəllifi idi.