Tarif Şurası ödənişi ləğv etdi – - Bəs 20 manatı kim yığır?

tarif-surasi-odenisi-legv-etdi-
Oxunma sayı: 8626


Məktubda bildirilir ki, Tarif Şurasının 2 dekabr tarixində qəbul etdiyi qərara əsasən telefon nömrəsinin addan ada keçirilməsi ilə bağlı ödəniş ləğv olunsa da, ondan 20 manat rüsum tələb olunub.

Şikayətçinin sözlərinə görə, ona bildiriblər ki, bu qərar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 27.12.2013 tarixli 218 saylı əmrinə əsasən istənilib.  

Tərlan Yəhyayev qeyd edir ki, adıçəkilən problemlə 18.01.2014-cü il tarixdə Nizami rayon telefon qovşağı idarəsində rastlaşıb:

“Telefon nömrəsini öz adıma keçirərkən məndən 20 AZN rüsum alıblar”. 

“Qafqazinfo” problemə aydınlıq gətirmək üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktor müavini Xankişi Kişiyevlə əlaqə saxlayıb. O qeyd edib ki, Tarif Şurasının həmin qərarı telefonun bir ailə üzvündən digər ailə üzvünün adına keçirilməsi ilə bağlıdır: “Belə olan təqdirdə heç bir rüsum tələb olunmur. 20 manatın nəyə görə tələb olunduğunu isə mən bilmirəm” 

Qeyd edək ki, əvvəllər telefon nömrəsinin addan ada keçirilməsi üçün 60 manat rüsum tələb olunurdu. 

Təəssüf ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində heç bir səlahiyyətli şəxs telefon nömrəsinin addan ada keçirilməsi üçün tələb olunan 60 manatın nə səbəbə 20 manatla əvəz olunduğunu, eləcə də vətəndaşlara təqdim olunan nazirliyin 27.12.2013 tarixli 218 saylı əmrinin nədən ibarət olduğunu izah edə bilməyib.

Xatırladaq ki, Tarif Şurasının 2 dekabrda qəbul etdiyi qərara əsasən Telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv olunub.