Bir müddətdir Almaniyada yaşayan məşhur müğənni, meqastar Tarkan Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq səsvermə prosesinə qatılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşdığı fotolara “Mən səsimi verdim. Vətənə, millətə xeyirli olsun” sözlərini yazıb.
Müğənni məntəqələrdən birində səsini verib.
Qeyd edək ki, aprelin 27-si xarici ölkələrdə və sərhəd məntəqələrində Türkiyə vətəndaşlarının səsvermə prosesi başlayıb. Diplomatik nümayəndəliklərdə səsvermə mayın 9-u, sərhəd məntəqələrində isə mayın 14-ü başa çatacaq.


Son xəbərlər
Son Xəbərlər