“Tarqovı”dakı mənzildə faciəvi şəkildə öldü - Foto - Yenilənib

tarqovidaki-menzilde-facievi-sekilde-oldu
Oxunma sayı: 6226

Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti “Tarqovı” məhəlləsi kimi tanınan ərazidə - Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi idi.

O, idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırdı.