“Tavuşda sərhədin delimitasiyası yeni müharibənin qarşısını ala bilər”

tavusda-serhedin-delimitasiyasi-yeni-muharibenin-qarsisini-ala-biler
Oxunma sayı: 2733

“Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib.

Paşinyan bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

O daha sonra əlavə edib: “Biz Tavuş rayonu və Azərbaycanın Qazax rayonunun 4 kəndindən delimitasiya prosesinin başlamasının əleyhinə deyilik”.