Tbilisidə aksiyada Aİ bayrağı yandırıldı - Video - Yenilənib

tbiliside-aksiyada-ai-bayragi-yandirildi
Oxunma sayı: 2066

Gürcüstanın paytaxtı Tbilisidə parlamentin qarşısında yenidən etiraz aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, bu dəfə aksiyanı “Konservativ hərəkat” partiyasının tərəfdarları təşkil edib. Aksiya iştirakçıları “Qərb ölkələrinin destruktiv təsirinə” etiraz edirlər və “xarici agentlər” barədə qanun layihəsinə qarşı keçirilən aksiya iştirakçılarını tənqid ediblər. 

Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb.

***

Tbilisinin mərkəzində Rustaveli prospektində keçirilən aksiyanın iştirakçıları parlamentin binası önündən Avropa İttifaqının (Aİ) bayrağını çıxarıb yerə ataraq tapdalayıblar.

Onlar daha sonradan Aİ bayrağına od vurublar. “Gürcüstanda yalnız bir bayraq dalğalanmalıdır, bu da Gürcüstan bayrağıdır”, - deyə aksiyanın təşkilatçıları bildirib.