Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alındı

tecridxanaya-narkotik-madde-kecirilmesinin-qarsisi-alindi
Oxunma sayı: 1717

İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Azad oğlu Məmmədova tanışı Bakı şəhər sakini Tamara Abbasəli qızı İsmayılova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı konfetin içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,922 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.