“Oyun zamanı o qədər eniş yaşadıq. Hücumda yaxşı başlamadıq, çoxlu epizod qaçırdıq”. “Qafqazinfo” xəbər verir ki, bunu “Səhrədçi”nin baş məşqçisi Vladimir Boşnyak deyib. O, Azərbaycan Basketbol Liqasının -cü turunda “Sumqayıt”a 70:74 hesablı məğlubiyyətdən danışıb.
“Keçən həftə “Şəki” ilə oyundan sonra da demişdim ki, qələbə qazansaq da, çoxlu məşqlər etməliyik. Biz daha çox basketbol oynamalıyıq. Yaxşı atış xüsusiyyətlərimiz yoxdur. Bunu bacarsaq, qalib gələrdik. Xoşbəxtəm ki, iki dəfə geridönüş edə bildik. Amma bu qələbə üçün kifayət etmədi. Daha səbrli ola bilərdik. Millerin meydana yeni bir şey ilə çıxması yaxıdır. Lakin qələbə qazandığımız matçda yaxşı olan oyunçular bu gün zəif idi. Tam geridönüş edə bilməməyimizə səbəb odur ki, rəqib müdafiəmizə uyğunlaşdı. Təəssüf ki, biz çox zəif idik. Rəqib oyunçular bizdən çox yaxşı yayına bilirdilər. Sürətli ötürmələrdə daha yaxşı idilər. Cəhd etdik, olmadı”.
“Sumqayıt” komandasının baş məşqçisi Teymur Hüseynov isə matçı bu cür şərh edib:
“Komanda hələ formalaşır. Artıq daha bir amerikalı basketbolçu transfer etmişik, sabah daha birinin də keçidini rəsmiləşdirəcəyik. Ən əsas problemiz oyunu eyni tempdə davam etdirə bilməməyimizdir. Hesabda öndə oluruq, sonra üstünlüyü əldən veririk, sonra yenidən toparlanırıq. Bu da o deməkdir ki, hələ anlaşma ilə bağlı problemlərimiz var. Bunun üzərində işləyirik. Konrket bu günkü oyundan danışmalı olsaq, məncə, yeni transferimizin meydana çıxması qələbə qazanmağımıza böyük təkan oldu. Endryus oyunun sonlarında ön plana çıxmalı idi. Rəqib xətti müdafiəyə keçəndə biz ucaboy oyunçularımızın sayəsində planımızı həyata keçirməli idik. Məncə, bu plan baş tutdu. Oyunun sonlarına yaxın üstünlüyümüzü əldən verməyimizi isə yorğunluqla əlaqələndirməzdim. Sadəcə, dediyim kimi, komanda hələ formalaşmayıb. Bizə sadəcə ilk qələbə lazım idi. Uşaqlar qələbə hissinin nə olduğunu anlamalı idi. Biz ilk iki oyunda uduzmuşduq. İlk matçdakı rəqibimiz “NTD-İndiqo” güclü idi, amma “Xırdalan”ı məğlub etmək olardı. Fərdi səhvlərimiz çoxdur, tələsik qərarlar qəbul edirik, çox top itiririk. Səhvlərimiz üzərində işləməliyik”
Son xəbərlər
Son Xəbərlər
.jpg)