Təkcə sonuncu suala cavab verə bilmədi - Rekord qırdı

tekce-sonuncu-suala-cavab-vere-bilmedi
Oxunma sayı: 18873

“Milyonların şousu” intellektual verilişində ilk dəfə iştirakçı sonuncu suala qədər gəlib çıxa bilib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış göz həkimi (oftalmoloq) Namiq Mustafayev 25 min manat qazanaraq rekord qırıb.

O, 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb.

Qeyd edək ki, N. Mustafayev veriliş tarixində 15-ci suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.