29 sentyabr-2 oktyabr tarixlərində Özbəkistanda növbəti XV Daşkənd Beynəlxalq Film Festivalı keçirilib.
Film Festivalına dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinemotoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.
“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi "İpək Yolunun mirvarisi" Daşkənd Beynalxalq Film Festivalında ”5 günə film ” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.
Müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil edib.
Müsabiqənin şərtlərinə uyğun olaraq beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb.
Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi- tələbələrimizə təqdim edilib.