Tələbəni xəncərlə yaralayan gənc tutuldu

telebeni-xencerle-yaralayan-genc-tutuldu
Oxunma sayı: 1743

Bakıda tələbəyə xəncərlə xəsarət yetirən şəxs tutulub.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sentyabrın 17-si axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polisin keçirdiyi tədbirlərlə saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, hadisə 5 nömrəli Peşə Liseyinin yataqxanasında baş verib. Hər iki şəxs liseyin tələbəsidir.