Teleqüllənin vurulması zamanı ölənlərin sayı açıqlandı - Yenilənib

telequllenin-vurulmasi-zamani-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 6818

Rusiyanın Kiyevdəki teleqülləni vurması nəticəsində beş nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Tvitter hesabında yazıb.

“Dünyaya: Babi Yarın eyni yerinə bomba düşəndə dünya susursa, 80 il “bir daha heç vaxt” deməyin nə mənası var? Ən azı beş nəfər həlak olub. Tarix təkrarlanır”, - Prezident bildirib.

Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da bu barədə paylaşım edib:

“Yenicə Rusiya raketi ilə vurulan Kiyev teleqülləsi Babi Yar ərazisində yerləşir. 1941-ci il sentyabrın 29-30-da nasistlər burada 33 mindən çox yəhudini qətlə yetiriblər. 80 il sonra rus nasistləri ukraynalıları məhv etmək üçün eyni torpaqları vururlar”.

***

“İşğalçıların Kiyev televiziya qülləsini atəşə tutması nəticəsində 5 nəfər həlak olub, 5 nəfər yaralanıb”.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində məlumat verilib.