Təranə saxlanılan ərindən yazdı

terane-saxlanilan-erinden-yazdi
Oxunma sayı: 7653

Prodüser Təranə Səmədova saxlanılan həyat yoldaşı Rasim Həsənovla bağlı instaqram hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında bunları yazıb:

“Ata, biz sənin üçün necə darıxırıq, övladlarının hamısı... Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın”.

Qeyd edək ki, DİN-in Mətbuat xidməti Rasim Həsənovun saxlanılması haqda məlumat yayıb. Məlumata görə, R. Həsənov instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edib. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən olunub.