Terrora görə oyun ləğv olundu, “Qarabağ”ın düşərgəsinə dönür

terrora-gore-oyun-legv-olundu-qarabagin-dusergesine-donur
Oxunma sayı: 3069

Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün “Qarabağ”ın düşərgəsinə qoşulacaq.

Bu barədə “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, bu gün keçirilməli olan Rusiya-Paraqvay yoldaşlıq oyunu “Crocus City Hall”da törədilmiş terror aktına görə ləğv edilib.

Rusiya martın 21-də Serbiyaya dörd cavabsız qolla qalib gəlib. Andrey Lunyov bu matçda meydana çıxmayıb.